“Rony Roller” sirkinin artistləri ənənəvi kollektiv qəbul zamanı Roma Papası Fransiskin qarşısında qısa tamaşa nümayiş etdiriblər.
“Report” TASS-a istinadən xəbər verir ki, bu, Fransiskin sirk kollektivini qəbul etməsi ilə bağlı ilk hal deyil.
Sələfi II İohan Pavel kimi sirk incəsənətini sevən Fransiskin göstərişi ilə bir neçə il əvvəl Milad bayramı münasibətilə yüzlərlə evsiz və yoxsula Romada keçirilmiş sirk tamaşasına pulsuz biletlər paylanmışdı.