Donald Trampın qələbəsi Ukraynada müharibənin sülh yolu ilə başa çatması şansını artırır.
“Report” xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib.
Onun sözlərinə görə, Ukraynada sülhün bərqərar olması üçün şans daha çoxdur.
P.Siyarto vurğulayıb ki, Trampın ilk prezidentliyi dövründə Macarıstanla ABŞ arasındakı əlaqələr zirvədə idi.
Bununla yanaşı dünyanın təhlükəsizliyinə təhdid yaradan münaqişələrin həllində dialoq və danışıqlar ön plana çıxmışdı: "Seçicilərin qərarından sonra ümid etmək olar ki, iki ölkə arasındakı siyasi əməkdaşlıq öz zirvəsinə qayıdacaq. Çünki bizim dünya, qeyri-qanuni miqrasiya və s. haqqında oxşar düşüncələrimiz var".