Slovakiyanın Prezidenti Zuzana Çaputova aprelin 1-də Eduard Xeqerin başçılıq etdiyi Nazirlər Kabinetinin üzvlərini təsdiqləyib.
“Report” TASS-a istinadən xəbər verir ki, respublika paytaxtı Bratislavada, prezident sarayında onların təyinatına həsr edilən təntənəli mərasim keçirilib.
Baş nazir Eduard Xeqer and içib: “Slovakiya konstitusiyasına və qanunlarına sadiq qalacağıma and içirəm”.
Qeyd edək ki, hökumətin tərkibinə 4 siyasi partiyanın nümayəndələri daxil olub: sağ mərkəzçi Adi İnsanlar və Müstəqil Şəxslər Partiyası, “İnsanlar üçün” Liberal-Mühafizəkar Partiyası, “Azadlıq və Həmrəylik” Liberal Partiyası və “Biz-ailəyik” sağ mərkəzçi Siyasi Hərəkat.