Slovakiyada növbədənkənar parlament seçkiləri ilə bağlı referendum keçirilir

Slovakiyada növbədənkənar parlament seçkiləri ilə bağlı referendum keçirilir Slovakiyada növbədənkənar seçkilərin keçirilməsi və hazırkı parlamentin səlahiyyətlərinə xitam verilməsi üçün ölkə konstitusiyasına dəyişiklik edilməsi ilə bağlı ümumxalq referendumu keçirilir.
Digər ölkələr
21 Yanvar , 2023 17:02
Slovakiyada növbədənkənar parlament seçkiləri ilə bağlı referendum keçirilir

Slovakiyada növbədənkənar seçkilərin keçirilməsi və hazırkı parlamentin səlahiyyətlərinə xitam verilməsi üçün ölkə konstitusiyasına dəyişiklik edilməsi ilə bağlı ümumxalq referendumu keçirilir.

"Report" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Ümumxalq referendumunun keçirilməsi barədə qərar ötən il Slovakiyada üç müxalifət partiyasının bu səsverməyə dəstək üçün 380 mindən çox səs toplamasından sonra Prezident Zuzana Çaputova tərəfindən qəbul edilib.

Xatırladaq ki, 2022-ci il dekabr ayında Slovakiya parlamenti Baş nazir Eduard Hegerin koalisiya hökumətinə etimadsızlıq göstərib. Çaputova Hegerdən yeni seçkilər keçirilənə qədər məhdud səlahiyyətlərlə vəzifəsində qalmasını xahiş edib.

Slovakiyada parlament seçkiləri 2024-cü ildə keçirilməli idi. Sorğulara görə, müxalifətin növbədənkənar seçkilərdə qalib gəlmək şansı yüksək qiymətləndirilir.

Son xəbərlər

Orphus sistemi