Sloveniyada COVID-19-a qarşı tədbirlər sərtləşdirilib

Sloveniyada COVID-19-a qarşı tədbirlər sərtləşdirilib Sloveniya hökuməti COVID-19-a yoluxma hallarının artması səbəbindən məhdudlaşdırıcı tədbirləri sərtləşdirib.
Digər ölkələr
10 Yanvar , 2022 14:06
Sloveniyada COVID-19-a qarşı tədbirlər sərtləşdirilib

Sloveniya hökuməti COVID-19-a yoluxma hallarının artması səbəbindən məhdudlaşdırıcı tədbirləri sərtləşdirib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, karantinsiz ölkəyə daxil olan şəxslər üçün mənfi PCR testin etibarlılıq müddəti 48 saata endirilib. Sürətli anti-cisim testinin etibarlılıq müddəti isə 24 saatadək azaldılıb.

Ölkədə ictimai nəqliyyatdan yalnız peyvənd sənədi olan, xəstəliyi keçirmiş və ya mənfi test nəticəsinə malik şəxslərin istifadə etməsinə icazə verilir.

Bununla belə, Sloveniya hökuməti evdə məcburi karantin müddətini 10 gündən 7 günədək azaldılması haqqında qərar verib.

Son xəbərlər

Orphus sistemi