Sloveniyada kimyəvi zavodda yanğın olub, 20 nəfər yaralanıb

Sloveniyada kimyəvi zavodda yanğın olub, 20 nəfər yaralanıb Sloveniyanın Koçevye şəhərində Melamin kimyəvi məhsul istehsalı müəssisəsində mayın 12-dəki yanğın nəticəsində 20 nəfər yaralanıb.
Digər ölkələr
12 May , 2022 13:09
Sloveniyada kimyəvi zavodda yanğın olub, 20 nəfər yaralanıb

Sloveniyanın Koçevye şəhərində Melamin kimyəvi məhsul istehsalı müəssisəsində mayın 12-dəki yanğın nəticəsində 20 nəfər yaralanıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Sloveniyanın Fövqəladə Hallar üzrə İdarəsi məlumat yayıb.

Bildirilib ki, hadisənin nəticəsi aradan qaldırılıb, yanğın söndürülüb. Məlumata görə, iki nəfər güclü yanğınla hospitala yerləşdirilib. Yanğın nəticəsində yaranan partlayışın dalğası ətraf binalarda pəncərələrin şüşələrini dağıdıb.

Vətəndaşlara müəssisədən 500 metr radius məsafədə qapı və pəncərələri açmamaq məsləhət görülür.

Son xəbərlər

Orphus sistemi