Somali əhalisinin beşdə biri quraqlıqdan əziyyət çəkir

Somali əhalisinin beşdə biri quraqlıqdan əziyyət çəkir Somalidə hər 5 nəfərdən biri, yəni 3,2 milyon insan quraqlıqdan əziyyət çəkir.
Digər ölkələr
30 Yanvar , 2022 06:43
Somali əhalisinin beşdə biri quraqlıqdan əziyyət çəkir

Somalidə hər 5 nəfərdən biri, yəni 3,2 milyon insan quraqlıqdan əziyyət çəkir.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Norveç Qaçqınlar Şurasının məlumatları sübut edir.

Məlumata görə, Afrika ölkəsindəki quraqlıq soyuq mövsümdə proqnozlaşdırılandan daha az yağıntı səbəbindən təhlükəli həddə çatıb.

2021-ci ilin əvvəlindən indiyədək Somalidə 4 milyondan artıq insan su və qida çatışmazlığı səbəbindən evlərini tərk edib. Humanitar yardımlar davam etsə də, resurs çatışmazlığı var.

Son xəbərlər

Orphus sistemi