Somalinin paytaxtı Moqadişoda bəzi qərb dövlətləri və beynəlxalq təşkilatların nümayəndəlikləri yerləşən məhəllənin minaatanlardan atəşə tutulması nəticəsində yaralananlar olub.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Somali Guardian” xəbər portalı məlumat yayıb.
Bildirilib ki, diplomatlar məhəlləsində bir neçə mərmi partlayıb. Partlayış nəticəsində yaralananların sayı məlum deyil.
Maqodişonun cənubunda beynəlxalq hava limanına yaxın olan Halan adlanan düşərgədə ABŞ səfirliyi də yerləşir.
Hücum Somalidə federal və regional hakimiyyət nümayəndələrinin parlament və prezident seçkilərinin keçirilməsinə hazırlıqla bağlı görüşünün başlamasına bir neçə saat qalmış edilib. Görüş hava limanındakı otellərdən birində keçirilib.