Somali paytaxtı Moqadişoda prezident sarayının yaxınlığında minalanmış avtomobilin partladılması nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb.
“Report” xəbər verir ki, bu barədə
“Moqadişo polisi hücum nəticəsində 9 nəfərin ölümünü təsdiqləyib. Ölənlər arasında ana və 2 uşağı da var”, - nəşrin saytında bildirilir. Partlayışa görə məsuliyyətini “Əş-Şabab” terror qruplaşması üzərinə götürüb. Qeyd edilir ki, onların hədəfi hökumət məmurlarının olduğu avtomobil imiş.
Somali paytaxtı Moqadişoda prezident sarayının yaxınlığında minalanmış avtomobilin partladılması nəticəsində 8 nəfər ölüb, 7 nəfər yaralanıb.
“Report” “France Press”ə istinadən xəbər verir ki, bunu Hamar-Cacab rayonunun komissarı Mukavi Əhməd Mudi bildirib.
Partlayışın məsuliyyətini “Əş-Şabab” terror qruplaşması üzərinə götürüb.
Somalinin cənubunda törədilən partlayış nəticəsində Afrika İttifaqı missiyasının tərkibinə daxil olan 7 sülhməramlı hərbçi ölüb.
“Report” xəbər verir ki, məlumatı TASS yayıb.
Bildirilib ki, hadisə Somalinin Orta Şaballe vilayətinin Maxaday şəhərində sülhməramlıların avtomobil karvanı keçən yolda quraşdırılan partlayıcı qurğunun işə düşməsi nəticəsində baş verib. Partlayış nəticəsində Burundidən olan 7 hərbçi ölüb, 1 zirehli nəqliyyat vasitəsi məhv olub.
Hakimiyyət partlayışın məsuliyyətini “Əş Şabab”ın daşıdığını bildirib.
Başqa məlumata görə, sentyabrın 25-də Somalinin paytaxtı Moqadişoda, Əl-Qab rayonunda nəzarət-buraxılış məntəqəsində də partlayış törədilib. Bu hadisə nəticəsində xəsarət alanların olduğu bildirilib.
Qeyd edək ki, 2007-ci ilin yanvarında Afrika İttifaqının qərarı ilə Uqanda, Burundi, Efiopiya, Keniya və Cibuti sülhməramlı missiyanın tərkibində Somaliyə hərbçilərini göndərib.