Somalidə partlayış nəticəsində 4 mülki şəxs həlak olub.
“Report”un məlumatına görə, bu barədə “Anadolu” agentliyi yerli mənbələrə istinadən xəbər verir.
Qeyd edilir ki, partlayış Orta Şebel rayonunda qeydə alınıb.
Məlumata görə, partlayıcı qurğu bir qrup yerli sakin yoldan keçən vaxt işə düşüb.
Hadisəyə görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.