Somalidə prezidentin olduğu ərazi atəşə tutulub

Somalidə prezidentin olduğu ərazi atəşə tutulub Ötən gecə Somalinin Qalmuduq əyaləti mərkəzi Düsəmərəb şəhəri minaatanlardan atəşə tutulub, nəticədə aralarında bir polis əməkdaşının olduğu 7 nəfər xəsarət alıb.
Digər ölkələr
2 Fevral , 2021 14:29
Somalidə prezidentin olduğu ərazi atəşə tutulub

Ötən gecə Somalinin Qalmuduq əyaləti mərkəzi Düsəmərəb şəhəri minaatanlardan atəşə tutulub, nəticədə aralarında bir polis əməkdaşının olduğu 7 nəfər xəsarət alıb.

“Report” "Anadolu"ya istinadən xəbər verir ki, həmin gün növbəti seçkilərə dair müzakirələr üçün şəhərə ölkə prezidenti Məhəmməd Abdullahi Məhəmməd, baş nazir Məhəmməd Hüseyn Roble və sair yüksək rütbəli rəsmilər, məhəlli rəhbərlər gəlmişdi.

Şahidlər hadisə zamanı azı 10 partlayış səsi gəldiyini bildiriblər. Bu hücumun məsuliyyətini hələlik heç kim üzərinə götürməyib.

Qeyd edək ki, hazırkı prezidentin səlahiyyətləri fevralın 8-də başa çatır. Parlament seçkiləri üçün isə son tarix iki dəfə uzadılıb.

Son xəbərlər

Orphus sistemi