Somalidə terror aktı törədilib, ölənlər var

Somalidə terror aktı törədilib, ölənlər var Somalinin Cubaland əyalətində əldəqayırma partlayıcı qurğunun partlaması nəticəsində azı 10 nəfər ölüb.
Digər ölkələr
5 Fevral , 2022 05:39
Somalidə terror aktı törədilib, ölənlər var

Somalinin Cubaland əyalətində əldəqayırma partlayıcı qurğunun partlaması nəticəsində bir neçə nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə Somali Milli Televiziyası (SNTV) məlumat yayıb.

Məlumata görə, Kismayo şəhərindən çıxan sərnişin avtobusuna partlayıcı qurğu qoyulub. Partlayış nəticəsində azı 10 nəfər ölüb, daha 3 nəfər yaralanıb.

Hücuma görə məsuliyyəti hələ heç bir qruplaşma üzərinə götürməyib.

Qeyd edək ki, Somalinin cənubunda bir sıra kənd və qəsəbələrə nəzarət edən “Aş-Şabab” terror təşkilatı paytaxt Moqadişu və böyük şəhərlərdə tez-tez təhlükəsizlik qüvvələrinə və mülki insanlara qarşı hücumlar təşkil edir.

Son xəbərlər

Orphus sistemi