Somalinin paytaxtı Moqadişoda hərbi təlim bazasında baş verən partlayışda 20 nəfər ölüb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə terrorçu-kamikadzenin özünü partlatması nəticəsində baş verib.
Qeyd olunur ki, terrorçu Somali ordusu üçün çağırışçılar sırasında dayanıb, qurbanların əksəriyyəti mülki şəxslərdir.
Hələlik heç bir qruplaşma partlayışa görə məsuliyyəti üzərinə götürməyib.