Şotlandiyada parlament seçkilərinin nəticələri açıqlanıb.
“Report” BBC-yə istinadən xəbər verir ki, Şotlandiyanın Böyük Britaniyanın tərkibindən çıxmasını istəyən iki siyasi partiya bu siyasi kampaniyada qalib olub.
Bildirilib ki, Şotlandiya Milli Partiyası 129 mandatdan 64-nü, Yaşıllar Partiyası isə 8-ni qazanıb. Bununla da separatçı sayılan bu iki partiya bir yerdə parlamentdə 72 yer əldə edib.
Məlumata görə, onlar Şotlandiyanın Böyük Britaniyanın tərkibindən çıxması üçün referendumun keçirilməsinə çalışacaqlar.
Qeyd edək ki, mayın 6-da Böyük Britaniyanın bu ölkəsində parlament seçkiləri keçirilib. Seçkilərin nəticələri mayın 9-da gecə saatlarında açıqlanıb.