Şri-Lanka Prezidenti Qotabaya Rajapaksa istefa sənədini imzalayıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə yerli “Daily Mirror” qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, məktub yüksək rütbəli hökumət rəsmisinə çatdırılıb.
Qeyd edək ki, daha əvvəl Qotabaya Rajapaksanın iyulun 13-də istefa verəcəyi və ayın 20-də ölkədə yeni seçkilərin keçiriləcəyi bildirilmişdi.
Xatırladaq ki, Prezidentin istefasına səbəb daxili etirazlar olub.