NATO baş katibi Yens Stoltenberq Alyansın Belçikanın paytaxtı Brüsseldəki mənzil-qərargahında ABŞ dövlət katibi Entoni Blinkenlə görüşüb.
“Report” xəbər verir ki, bu barədə NATO-nun Mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, Stoltenberq Ukraynaya verdiyi dəstəyə görə Blinkenə təşəkkür edib.
Tərəflər Kiyevə davamlı dəstəyi, Çinin iddialı davranışı və qarşılıqlı maraq doğuran digər mövzuları müzakirə ediblər.