Stoltenberq: F-16 təyyarələrini Ukraynaya tez verməliyik

Stoltenberq: F-16 təyyarələrini Ukraynaya tez verməliyik F-16 qırıcı təyyarələri Ukraynaya mümkün qədər tez verilməlidir.
Digər ölkələr
23 Fevral , 2024 17:19
Stoltenberq: F-16 təyyarələrini Ukraynaya tez verməliyik

F-16 təyyarələri Ukraynaya mümkün qədər tez verilməlidir.

“Report” xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq (Jens Stoltenberg) “Azadlıq” radiosuna müsahibəsində deyib.

“Biz hamımız qırıcıların mümkün qədər tez Ukraynada olmasını istəyirik”, - o bildirib.

Amma Y.Stoltenberq dəqiq tarix açıqlamayıb.

Baş katib, həmçinin qeyd edib ki, rəsmi Kiyevin özünümüdafiə hüququ var.

Son xəbərlər

Orphus sistemi