“NATO beynəlxalq terrorizmin Əfqanıstan ərazisindən alyansı təhdid etməsinə icazə verməyəcək”.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq alyansa daxil olan ölkələrin xarici işlər nazirlərinin növbədənkənar videokonfransından sonra keçirdiyi mətbuat konfransında deyib.
Baş katib bildirib ki, NATO ölkələri mümkün qədər çox adamı çıxarmaq məqsədilə avqustun 31-dən sonra da alyansın Kabil hava limanına nəzarəti əlində saxlamasının zəruri olduğunu qeyd ediblər.
“ABŞ Kabil hava limanına nəzarəti avqustun 31-dək davam etdirməyi təklif etdi, lakin NATO ölkələri mümkün qədər çox insanı evakuasiya etmək məqsədilə bu müddətin uzadılmasının tərəfdarı oldular”, - Y.Stoltenberq söyləyib.