Xartum şəhərində nümayişçilərlə təhlükəsizlik qüvvələri arasındakı toqquşmalar zamanı 12 nəfərin güllə yarası aldığı bildirilir.
“Report” xarici KİV-ə istinadən xəbər verir kli, hazırda paytaxtın müxtəlif bölgələrində toqquşmalar davam edir.
Bundan əvvəl dövlət televiziya və radiosu binasının hərbçilər tərəfindən ələ keçirildiyi bildirilmişdi.