Sudan və Efiopiya hərbçiləri arasında atışmada bir neçə nəfər həlak olub

Sudan və Efiopiya hərbçiləri arasında atışmada bir neçə nəfər həlak olub Sudan və Efiopiya silahlı qüvvələri arasında toqquşmalar olub.
Digər ölkələr
28 Noyabr , 2021 02:53
Sudan və Efiopiya hərbçiləri arasında atışmada bir neçə nəfər həlak olub

Sudan və Efiopiya silahlı qüvvələri arasında toqquşmalar olub.

“Report” xəbər verir ki, bu barədə şənbə günü “Reuters” agentliyi Sudandakı hərbi mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, toqquşmalarda azı 6 hərbi qulluqçu həlak olub.

Bundan əvvəl Sudan ordusu özünün feysbukdakı səhifəsində Efiopiya hərbçilərinin hücumu barədə məlumat yayıb. "Efiopiya ordusunun qrupları və yaraqlılar Əl-Fəşaqda (Sudan) qüvvələrinə hücum edib, bu, ölümlə nəticələnib", - agentlik Sudan Silahlı Qüvvələrinə istinadən yazıb.

Son xəbərlər

Orphus sistemi