Sudanın Həkimlər Komitəsinin hüquq müdafiəçiləri daha bir etirazçının aldığı xəsarətlərdən öldüyünü bildiriblər.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, bununla da Şərqi Afrika ölkəsində hərbi çevrilişə qarşı etirazlar zamanı ölənlərin sayı 80 nəfərə çatıb.
Qeyd olunur ki, Sudan Müqavimət Komitəsinin çağırışı ilə minlərlə insan ölkənin paytaxtı Xartumda küçələrə çıxıb. Polis tam mülki idarəçiliyə keçid tələbi ilə Prezident sarayına doğru yürüş edən nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qaz və səsli bombalardan istifadə edib.
Qeyd edək ki, ötən ilin oktyabrın 25-i səhər saatlarında ordu dövlət çevrilişinə cəhd edib.
Ölkədə hərbi qiyamlara qarşı etirazlar davam edir.