Sudanda etiraz aksiyalarında ölənlərin sayı 40-a çatıb

Sudanda etiraz aksiyalarında ölənlərin sayı 40-a çatıb Sudanda noyabrın 17-də keçirilən nümayişlər zamanı başından və ayağından güllə xəsarətləri alaraq yaralanan 16 yaşlı Məhəmməd Adem bu gün səhər saatlarında dünyasını dəyişib.
Digər ölkələr
21 Noyabr , 2021 07:07
Sudanda etiraz aksiyalarında ölənlərin sayı 40-a çatıb

Sudanda keçirilən nümayişlər zamanı başından və ayağından güllə xəsarətləri alaraq yaralanan 16 yaşlı Məhəmməd Adem dünyasını dəyişib.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Həkimlər Komitəsi məlumat yayıb.

"Oktyabrın 25-dən bəri təsdiqlənmiş ölənlərin sayı 40-a çatıb", - məlumatda deyilir.

Qeyd edək ki, mülki administrasiya tərəfdarları artıq bir neçə gündür etiraz aksiyalarına başlayıblar

Sudan ordusunun komandanı Əbdülfəttah əl-Burhan oktyabrda baş nazir Abdullah Hamduq və bir sıra mülki vəzifələrin rəhbərlərini vəzifələrindən uzaqlaşdıraraq ölkədə fövqəladə vəziyyət rejimi elan edib.

Ordunun idarəçiliyə müdaxiləsinə əleyhinə olan mülki hakimiyyət tərəfdarları küçələrə çıxaraq etiraz etməyə başlayıblar.

Son xəbərlər

Orphus sistemi