Sudanda qəbilələr arasında toqquşmalarda ölənlərin sayı 180-ə çatıb

Sudanda qəbilələr arasında toqquşmalarda ölənlərin sayı 180-ə çatıb Sudanın cənub-şərqində yerləşən Mavi Nil əyalətində qəbilələr arasında baş verən qarşıdurmalarda azı 180 nəfər ölüb.
Digər ölkələr
21 Oktyabr , 2022 12:10
Sudanda qəbilələr arasında toqquşmalarda ölənlərin sayı 180-ə çatıb

Sudanın cənub-şərqində yerləşən Mavi Nil əyalətində qəbilələr arasında baş verən qarşıdurmalarda 180 nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

Ölənlər arasında uşaqlar da var, lakin onların sayı dəqiq məlum deyil.

Bu ölkədə qəbilələr arasında toqquşmalar oktyabrın 19-da başlayıb.

“Sky News Arabia”nın məlumatına görə, iki gün ərzində 150 ​​nəfər həlak olub.

Son xəbərlər

Orphus sistemi