Sudanda qızıl mədəninin çökməsi nəticəsində ölənlərin sayı artıb.
"Report" xəbər verir ki, bu barədə "Al-Arabiya" telekanalı məlumat yayıb.
Son məlumata görə, ölü sayı 38 nəfər təşkil edir. Belə ki, daha 7 işçinin meyiti dağıntılar altından çıxarılıb.
Bir neçə nəfərin taleyi naməlum olaraq qalır.
Axtarış işləri davam edir.
19:14
Sudanda çökmüş qızıl mədəninin dağıntıları altından 31 şaxtaçının meyiti çıxarılıb.
"Report" xəbər verir ki, bu barədə “Əl İntibaha” informasiya portalı məlumat yayıb.
Məlumata görə, dekabrın 26-da Qərbi Kordofan əyalətinin Əl-Nuhud bölgəsində özəl qızıl mədəni çöküb.
Hadisə nəticəsində azı 8 nəfərin itkin düşdüyü bildirilir.