Sudanın paytaxtı Xartumun ətrafındakı Omdurman kəndində hərbi şuranın təhlükəsizlik qüvvələri ilə etiraza qalxan vətəndaşlar arasında toqquşma olub.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Sudanın Həkimlər Mərkəzi Komitəsi məlumat yayıb.
"Sudan ordusu komandirinin qərarlarına qarşı oktyabrın 30-da təşkil olunan nümayişdə iki etirazçı həlak olub", - məlumatda deyilir.
Bundan əvvəl yüzlərlə nümayişçinin Omdurman şəhərində küçələrə çıxdığı bildirilirdi.
Bu arada paytaxtın özündə təhlükəsizlik qüvvələri bütün mərkəzi küçələri və körpüləri bağlayıb.