"Supermen" filminin rejissoru Riçard Donner vəfat etdi

"Supermen" filminin rejissoru Riçard Donner vəfat etdi Amerikalı kino rejissor Riçard Donner 91 yaşında vəfat edib.
Digər ölkələr
6 İyul , 2021 02:14
Supermen filminin rejissoru Riçard Donner vəfat etdi

Amerikalı kino rejissor Riçard Donner 91 yaşında vəfat edib.

"Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə Variety jurnalı məlumat yayıb.

Bildirilir ki, rejissorun ölüm səbəbi hələ məlum deyil.

Amerikalı rejissor 70-dən çox film və televiziya serialının rejissoru olub.

Onun ilk filmi isə 1978-ci ildə çəkdiyi "Supermen" filmi olub. Bu film ona daha çox şöhrət gətirib.

Son xəbərlər

Orphus sistemi