Suriyanın İdlib zonasında hökumət qüvvələrinin mövqeləri döyüşçülər tərəfindən atəşə tutulub.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Suriya Ərəb Respublikasında düşmənçilik edən tərəflərin barışığı üzrə Rusiya Mərkəzi rəhbərinin müavini kontr-admiral Aleksandr Karpov bildirib.
O, qeyd edib ki, hökumət qoşunlarının mövqeləri İdlib deeskalasiya zonasının cənub-qərb hissəsində döyüşçülər tərəfindən 120 millimetrlik minaatandan və ZU-23 “ZU-23-2” hava hücumundan müdafiə qurğusundan atəşlərə məruz qalıb. Nəticədə Suriyanın üç hərbi qulluqçusu həlak olub, daha dörd hərbçi yaralanıb.