Suriyada "Həyat Təhrir əl-Şam" təşkilatının silahlıları Hama əyalətinin Jurin kəndini atəşə tutublar.
"Report" bu barədə xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, atışma nəticəsində bir körpə ölüb, daha doqquz mülki şəxs yaralanıb.
Qeyd edilir ki, kəndə ümumilikdə 25 raket atılıb.