Suriyanın Hələb əyalətində PKK-nın bu ölkədəki qanadı YPG terrorçularının zorakılıqlarına qarşı etiraz aksiyası keçirilib.
Bu barədə “Report” “Anadolu” agentliyinə istinadən xəbər verir.
Qeyd edilir ki, bir qrup şəxs Hyudhyud rayonunda toplaşaraq, Münbic rayonunun inzibati ərazisinə daxil olmaq istəyib. Lakin YPG/PKK terrorçuları “Kaddaf” nəzarət-buraxılış məntəqəsində dinc sakinlərə atəş açıb. Nəticədə 1 nəfər həlak olub, daha 6 nəfər yaralanıb.
Məlumata görə, aksiyaçılar buna cavab olaraq terrorçuların avtomobilini yandırıblar.