Suriyada zəlzələ nəticəsində ölənlərin sayı 4 500 nəfəri keçib.
“Report” xəbər verir ki, bu barədə BMT məlumat yayıb.
Bildirilib ki, “Həyat Təhrir əl-Şam” qruplaşması humanitar yardımların keçməsinə icazə vermədiyi üçün Suriyada hökumətin nəzarətində olan bölgələrindən gələn yardımlar nəzarət olunmayan ərazilərə çatdıra bilmirlər.
ABŞ Türkiyə ilə sərhədyanı ərazilərdə zəlzələdən zərərçəkən suriyalılara yardım məqsədilə mərkəzlər yaradıb.
Qeyd edək ki, Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 31 643 nəfərə çatıb.
Təbii fəlakət nəticəsində 80 278 nəfər yaralanıb.
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.
İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.