Misir Ərəb Respublikasının prezidenti Əbdülfəttah əs-Sisi Süveyş kanalının dayaz yerdə ilişib qalmış “Ever Given” konteyner gəmisinin boşaldılması barədə göstəriş verib.
“Report” “Washington Post” nəşrinə istinadən xəbər verir ki, bunu kanalın administrasiyasının başçısı Üsami Rabea bildirib.
Onun sözlərinə görə, Misir prezidenti birinci və ikinci ssenarini gözləmədən üçüncü ssenariyə hazırlaşmağı əmr edib. Belə ki, üçüncü ssenari gəmini batdığı yerdən çıxarmaq üçün konteynerləri boşaltmaqdır.
“18 min konteynerin bir hissəsini boşaltmaq üçün xüsusi texnikaya ehtiyac var. Davam edən işlərə baxmayaraq ölkə prezidenti texnikaların istifadəsinə icazə verib”.