“Əfqanıstandan kütləvi qaçqın axınını qəbul edə bilmərik”.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Tacikistanın daxili işlər naziri Ramazon Rahimzoda söyləyib.
“Son 20 ildə heç bir beynəlxalq təşkilat Tacikistana potensial qaçqınların qəbul edilməsi üçün infrastruktur yaradılmasında kömək etməyib. Tacikistan Əfqanıstandan kütləvi qaçqın axınını qəbul edə bilməz”, - nazir bildirib.