Tailand Konstitusiya Məhkəməsi bu ölkənin Baş naziri Prayut Çan-Oçinin səlahiyyətinə xitam verib.
Bu barədə “Report” “Kyodo” agentliyinə istinadən xəbər verir.
Bu məhdudiyyətlər Tailand məhkəməsinin müxalifətin verdiyi vəsatətə baxılmasını başa çatdırana qədər qüvvədə qalacaq.
Baş nazirin əleyhdarları Prayut Çan-Oçinin ölkə konstitusiyasına zidd olaraq vəzifədə müəyyən edilmiş müddətdən artıq qaldığını iddia edirlər.