Tailand spirtli içkilərin gündüz satışına qoyulan 50 illik qadağanın ləğv edilməsini nəzərdən keçirəcək

Tailand spirtli içkilərin gündüz satışına qoyulan 50 illik qadağanın ləğv edilməsini nəzərdən keçirəcək Tailand hökuməti krallıqda 50 ildən artıqdır qüvvədə olan spirtli içkilərin gündüz saat 14:00-dan 17:00-a qədər satışına qoyulan qadağanın aradan qaldırılması məsələsinə baxacaq.
Digər ölkələr
3 İyul , 2024 02:53
Tailand spirtli içkilərin gündüz satışına qoyulan 50 illik qadağanın ləğv edilməsini nəzərdən keçirəcək

Tailand hökuməti krallıqda 50 ildən artıqdır qüvvədə olan spirtli içkilərin gündüz saat 14:00-dan 17:00-a qədər satışına qoyulan qadağanın aradan qaldırılması məsələsinə baxacaq.

“Report” xəbər verir ki, bu barədə “Bangkok Post” qəzeti məlumat yayıb.

Nəşr bildirib ki, Tailandın Baş naziri Settha Thavisin restoran biznesinin nümayəndələri ilə görüş keçirib, onlar əməliyyat xərclərinin artması və ərzaq qiymətlərinin artması ilə bağlı şikayət ediblər.

“Mən bu məsələyə baxacağam. Hökumət turizmi inkişaf etdirməyə çalışır və ümid edir ki, bu, həm də daha çox gəlir gətirəcək”, – Baş nazir vurğulayıb.

Qeyd edək ki, Tailandda 1972-ci ildə işçilərin nahar vaxtı spirtli içki içməsinin qarşısını almaq üçün spirtli içkilərin satışına məhdudiyyətlər tətbiq edilib. Krallıqda gecə yarısından 11:00-a qədər spirtli içkilərin satışı da qadağandır.

Son xəbərlər

Orphus sistemi