Tailandda bir sıra məhdudiyyətlər bərpa olunur

Tailandda bir sıra məhdudiyyətlər bərpa olunur Tailand hökuməti iyulun 12-dən 26-dək bir sıra bölgələrdə lokdaun tətbiq edir.
Digər ölkələr
9 İyul , 2021 16:17
Tailandda bir sıra məhdudiyyətlər bərpa olunur

Tailand hökuməti iyulun 12-dən 26-dək bir sıra bölgələrdə lokdaun tətbiq edəcək.

“Report” “Garda”ya istinadən xəbər verir ki, ayın 9-dan "tünd qırmızı zona"ya aid edilən paytaxt Banqkok və daha 9 əyalətin sakinləri göstərilən tarixlərdə saat 21-dən 4-dək evdə qalmalıdırlar. Saat 20-dək yalnız supermarketlər, ərzaq və digər zəruri məhsullar satılan obyektlər işləyəcək. İctimai yerlərdə 5 nəfərdən artıq şəxsin toplanması da qadağandır. İctimai yerlərdə maska taxmaq məcburi olacaq.

Ölkənin digər bölgələrində daha yüngül məhdudiyyətlər tətbiq olunacaq. Ölkə boyu fövqəladə vəziyyət iyulun 31-dək qüvvədədir.

Xarici İşlər Nazirliyi mətbuat katibinin müavini Natapanu Nopakun onlayn brifinqdə bildirib ki, sözügedən qərar koronavirusa yoluxmaların artaraq gündəlik 10 min həddinə çatması ilə əlaqədar verilib.

Son xəbərlər

Orphus sistemi