Tailandda hərbi gəminin qəzaya uğraması nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb

Tailandda hərbi gəminin qəzaya uğraması nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb Tailand Hərbi Dəniz Qüvvələrinə məxsus “Sukhothai” gəmisinin qəzaya uğraması nəticəsində azı 6 dənizçinin öldüyü məlum olub.
Digər ölkələr
21 Dekabr , 2022 09:53
Tailandda hərbi gəminin qəzaya uğraması nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb

Tailand Hərbi Dəniz Qüvvələrinə məxsus “Sukhothai” gəmisinin qəzaya uğraması nəticəsində azı 6 dənizçinin öldüyü məlum olub.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə krallığın Hərbi Dəniz Qüvvələri məlumat yayıb.

Bildirilib ki, gəminin 105 ekipaj üzvündən 76-sı xilas edilib. Qalan dənizçilərin axtarışları davam etdirilir.

Xatırladaq ki, ABŞ istehsalı olan "Sukhothai" hərbi gəmisi 1987-ci ildən Tailand Hərbi Dəniz Qüvvələrinin istifadəsində olub. Gəmi dekabrın 19-na keçən gecə qasırğa nəticəsində Siam boğazında batıb.

Son xəbərlər

Orphus sistemi