Tailandın şimal-şərqində uşaq mərkəzində baş vermiş atışma nəticəsində daha 2 nəfər ölüb.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bununla da həlak olanların sayı 36-ya çatıb. Bildirilib ki, ölənlərdən 24-ü uşaqdır. Məlumata görə, azı 12 nəfər yaralanıb.
Hücum edən şəxsin həyat yoldaşını və uşağını güllələdiyi, daha sonra isə intihar etdiyi qeyd edilir. Cinayətin motivi hələlik məlum deyil.
Tailandın şimal-şərqində uşaq mərkəzində baş vermiş atışma nəticəsində 22-si uşaq olmaqla azı 34 nəfər həlak olub.
"Report" xəbər verir ki, bu barədə "Reuters" polisə istinadən məlumat yayıb.
Hücum edən şəxsin öz həyat yoldaşını və uşağını da güllələdiyi, bundan sonra intihar etdiyi bildirilir.
Hadisə nəticəsində azı 12 nəfər yaralanıb.
Tailandın şimal-şərqində uşaq mərkəzinə hücum nəticəsində 30-dan çox insan ölüb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Khaosod" qəzeti məlumat yayıb.