Tailandın paytaxtı Bankokun ətrafındakı Banqpxli rayonunda kimyəvi zavodda baş verən partlayış nəticəsində 20-dən çox insan yaralanıb.
“Report” TASS-a istinadən xəbər verir ki, partlaşıydan sonra yanğın olub.
Bildirilib ki, müəssisənin 5 km radiusunda yerləşən ərazidən sakinlər təxliyə edilib.
Partlayış Bankokun Suvannapxumi beynəlxalq hava limanının 1-1,5 km-liyində baş verib. Zavodda polietilen dənələri istehsal olunur.