"Qatar Airways" şirkətinin təyyarəsi Əfqanıstan paytaxtından 28 amerikalı və ABŞ-da yaşamaq icazəsi olan 7 nəfəri təxliyə edib.
"Report" xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Praysın yazılı bəyanatında deyilir.
O, "Taliban"ın təxliyə işlərinə kömək etdiyini vurğulayıb.
"Beynəlxalq ictimaiyyət "Taliban"ın bu uçuşlarda əməkdaşlığını alqışlayır. ABŞ vətəndaşlarının və əfqanların tam sərbəst hərəkətini təmin etmək üçün əməkdaşlığımızı davam etdirəcəyik", - Prays əlavə edib.