"Taliban" hərəkatı Əfqanıstanın bütün vətəndaşlarına xaricə dollar və tarixi əşyaların aparılmasını qadağan edib.
"Report"un xəbərinə görə, bu barədə qruplaşmanın tvitter hesabında məlumat yayılıb.
"Bütün vətəndaşlara bildiririk ki, dollar və əntiq əşyaların qaçaqmalçılıq və ya ölkədən hər hansı bir bəhanə ilə quru və ya hava yolu ilə çıxarılması qəti qadağandır", - məlumatda deyilir.
"Taliban" bildirib ki, əgər bu şeylər kiminsə üzərində tapılarsa, dərhal müsadirə ediləcək və sahibləri cəzalandırılacaq.