“Taliban” hərəkatı nümayəndələrinin rəhbərlik etdiyi Əfqanıstan hökuməti elmi tərəqqiyə nail olmaq üçün ölkəni tərk etmiş müəllimləri vətənə qayıtmağa çağırıb.
“Report” xəbər verir ki, bu barədə “Ariana News” telekanalı məlumat yayıb.
“Taliban” nümayəndələri bildiriblər ki, müəllimlər ölkənin inkişafı ilə bağlı hədəflənən işlərin icrasına töhfələrini verməlidir. Əfqanıstan hökuməti həmçinin yeni müəllimlərin işə götürülməsi üçün vəsaitin ayrıldığını bəyan edib.