Əfqanıstanda hakimiyyəti ələ keçirən “Taliban” hökuməti Nasir Əhməd Faiki ölkənin BMT-dəki nümayəndəliyinə müvəqqəti rəhbər təyin edib.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Əfqanıstanın BMT-dəki nümayəndəliyi yayıb.
“Müşavir-səfir Nasir Əhməd Faik Əfqanıstanın Nyu-Yorkdakı daimi nümayəndəliyinə rəhbərliy üzərinə götürüb”, - Əfqanıstan nümayəndəliyinin tviter səhifəsində bildirib.
O, bu vəzifədə Qulam İsakzayı əvəz edib.