Əfqanıstanın şimal-şərqindəki Baqlan əyalətində yenidən Milli Müqavimət Cəbhəsi döyüşçüləri ilə "Taliban" qüvvələri arasında silahlı toqquşmalar başlayıb.
"Report" bu barədə Əfqanıstan İslam Agentliyinə istinadən xəbər verir.
Toqquşmalarda azı 7 vəzifəli şəxs öldürülüb.
Agentliyin məlumatına görə, ölənlər arasında Federal Vergi Xidmətinin iki komandiri də var.
Hadisənin digər təfərrüatları hələ açıqlanmır.