Tacikistan və Pakistanın vasitəçiliyi ilə Əfqanıstan müqavimət qüvvələri ilə radikal "Taliban" hərəkatının nümayəndələri arasında danışıqlar keçiriləcək.
"Report"un xəbərinə görə, bu barədə Tacikistan prezidenti Emoməli Rəhmon Pakistanın baş naziri İmran Xanla aparılan danışıqların nəticələrinə əsasən məlumat verib.
“Pəncşir əyalətində atəşkəs elan etmək və bölgə əhalisinə humanitar yardım göstərmək üçün münaqişə və gərginliyin erkən aradan qaldırılması günün ən vacib vəzifələrindən biridir. Tacikistan və Pakistan bu məqsədə çatmaq üçün hər cür səy göstərməyə hazırdır", - İ.Rəhmon deyib.
Qeyd edək ki, danışıqların Tacikistanın paytaxtı Düşənbədə keçirilməsi planlaşdırılır.
Bundan əvvəl Əfqanıstanın "