“Taliban” ÜST-dən “Omikron” ştamı üçün testlər istəyib

“Taliban” ÜST-dən “Omikron” ştamı üçün testlər istəyib Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” radikal hərəkatının müvəqqəti hökumət sədrinin müavini vəzifəsinə təyin etdiyi Əbdül Salam Hənəfi koronavirusun “Omikron” ştamını aşkar edən test sistemləri təqdim etməsi üçün Ümumdünya Səhiyyə Təşkilatının
Digər ölkələr
1 Fevral , 2022 16:26
“Taliban” ÜST-dən “Omikron” ştamı üçün testlər istəyib

Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” radikal hərəkatının müvəqqəti hökumət sədrinin müavini vəzifəsinə təyin etdiyi Əbdül Salam Hənəfi koronavirusun “Omikron” ştamını aşkar edən test sistemləri təqdim etməsi üçün Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələrinə (ÜST) müraciət edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə hərəkatın mətbuat katibinin müavini İnamulla Səmənqani bəyan edib.

Lazımi dərman vasitələrinin olmaması, mütəxəssislərin çatışmazlığı, həmçinin maliyyə resurslarının kifayət qədər olmaması səbəbindən Əfqanıstanda səhiyyə sahəsində vəziyyət son dərəcə ağır olaraq qalır.

ÜST-nin son məlumatına görə, 39 milyon əhalisi olan Əfqanıstanda koronavirusa 162 140 yoluxma halı qeydə alınıb, 7 409 nəfər bu xəstəlikdən ölüb. Lakin ölkədə monitorinq müntəzəm xarakter daşımır, bəzi regionlarda isə ümumiyyətlə aparılmır. 

Son xəbərlər

Orphus sistemi