Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” qruplaşması xarici dövlətləri ölkənin bərpası prosesində iştirak etməyə dəvət edib.
“Report” “Ariana News” telekanalına istinadən xəbər verir ki, bu barədə qruplaşmanın nümayəndəsi Soheyl Şahin danışıb.
Nümayəndə xarici dövlətləri Əfqanıstanın bərpası prosesinə qatılmağa və ölkənin təbii resurslarının işlənməsinə çağırıb.