Əfqanıstanda hakimiyyəti ələ keçirmiş "Taliban" qruplaşması ölkənin yeni hökuməti barədə yayılan məlumatları təkzib edib.
"Report" xəbər verir ki, bu barədə "RİA Novosti"yə "Taliban"ın nümayəndəsi bildirib.
"Yeni hökumətlə bağlı "Taliban"ın adından yayılan məlumatlar həqiqəti əks etdirmir. Yayılan xəbərlər şayiədir", - məlumatda qeyd edilib.
Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” qruplaşması ölkədə formalaşacaq yeni hökumətə kimin rəhbərlik edəcəyini açıqlayıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə qruplaşmanın nümayəndələri məlumat veriblər.
“Yeni hökumətə Molla Bəradər başçılıq edəcək”, - "Taliban"dan bildirilib.
Bildirilib ki, Molla Abdul Qani Bəradərlə yanaşı, yeni administrasiyada Molla Yaqub və Məhəmməd Abbas Stanekzay da təmsil olunacaqlar.