“Talibançılar”ın hücumu nəticəsində Əfqanıstanın şimal-qərbində 7 hərbçi həlak olub

“Talibançılar”ın hücumu nəticəsində Əfqanıstanın şimal-qərbində 7 hərbçi həlak olub Radikal “Taliban” qruplaşması silahlılarının Əfqanıstanın nəzarət məntəqəsinə həyata keçirdikləri hücum nəticəsində 7 hərbçi həlak olub.
Digər ölkələr
5 İyun , 2021 14:12
“Talibançılar”ın hücumu nəticəsində Əfqanıstanın şimal-qərbində 7 hərbçi həlak olub

Radikal “Taliban” qruplaşması silahlılarının Əfqanıstanda blok-posta etdikləri hücum nəticəsində 7 hərbçi həlak olub.

“Report” məlumat verir ki, bu barədə “Tolo News” telekanalı təhlükəsizlik qüvvələrinə istinadən xəbər verib.

Hücum cümə günü gecə saatlarında Baqdis əyalətində qeydə alınıb.

Baqdis əyalətinin Kadis dairəsinin qubernatoru Mirzə Əli Bidar telekanala bildirib ki, toqquşmalar zamanı “talibançılar” da itki veriblər.

Son xəbərlər

Orphus sistemi