Tanzaniyada prezidentin dəfn mərasimində 45 nəfər ölüb, 37 nəfər yaralanıb

Tanzaniyada prezidentin dəfn mərasimində 45 nəfər ölüb, 37 nəfər yaralanıb Tanzaniyanın mərhum prezidenti Con Maqufuli ilə vida mərasimindəki basırıq nəticəsində 45 nəfər ölüb, 37 nəfər yaralanıb
Digər ölkələr
30 Mart , 2021 12:33
Tanzaniyada prezidentin dəfn mərasimində 45 nəfər ölüb, 37 nəfər yaralanıb

Tanzaniyanın mərhum prezidenti Con Maqufuli ilə vida mərasimində yaranan izdiham və basabas nəticəsində 45 nəfər ölüb, 37 nəfər yaralanıb.

“Report” “Citizen” qəzetinə istinadən xəbər verir ki, bunu yerli polis bildirib.

Qeyd edək ki, Tanzaniya Prezidenti Con Maqufuli martın 17-də 61 yaşında vəfat edib. O, COVID-19 diaqnozu ilə Nayrobidə xəstəxanada müalicə olunurmuş.

C.Maqufulinin ölümündən sonra vitse-prezident vəzifəsini icra edən Samiyə Həsən Suluhu martın 18-də Tanzaniyanın altıncı prezidenti kimi and içib. O, Afrikanın bu ölkəsində dövlət başçısı vəzifəsini icra edən ilk qadındır.

Son xəbərlər

Orphus sistemi