Tanzaniya prezidenti Con Maqufuli 61 yaşında vəfat edib.
“Report” xəbər verir ki, bu barədə ölkənin vitse-prezidenti Sami Suluxu Hassana istinadən
Daha əvvəl Tanzaniyanın müxalif siyasətçisi Tundu Lissu bildirib ki, onda olan məlumata görə, Keniyada koronavirusdan müalicə olunan prezident Hindistana aparılıb. “Financial Times” qəzeti isə mənbələrə istinadən Maqufulinin ağır xəstə olduğunu yazıb.
Eyni zamanda Keniyanın “Nation” nəşri də mənbəyə istinadən yazıb ki, təxminən iki həftə ictimaiyyət qarşısına çıxmayan Afrika ölkələrindən birinin lideri COVID-19 diaqnozu ilə Nayrobidə xəstəxanaya yerləşdirilib. Nəşrin məlumatına görə, ona süni tənəffüs aparatı qoşulub.
Qeyd edək ki, bir neçə gün əvvəl Tanzaniya müxalifətinin lideri Tundu Lissu hökuməti sakinlərin iki həftədir görmədiyi ölkə prezidenti Con Maqufulinin olduğu yeri açıqlamağa çağırıb. Lissu deyib ki, prezidentin rifahı ictimaiyyəti narahat edən problemdir. Tanzaniya hökuməti mediaya Maqufulinin səhhəti ilə bağlı yoxlanılmamış məlumatları yaymamaqla bağlı xəbərdarlıq edib.